DÜNYA ÖZ XƏBƏR

Hava limanının yenidən qurulması zamanı 54 milyon oğurlanıb

Oryol vilayətinin Daxili İşlər Nazirliyi Oryoldakı Yujnı hava limanının yenidən qurulması üçün büdcədən ayrılmış 54 milyon rubldan çox vəsaitin oğurlanması faktı ilə bağlı cinayət işi açıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə vilayət prokurorluğu öz saytında məlumat yayıb. 

“Nəticədə Rusiya Daxili İşlər Nazirliyinin Oryol vilayəti üzrə İstintaq İdarəsi müqavilə əsasında ayrılmış 54 milyon rubldan çox büdcə vəsaitinin dələduzluq yolu ilə oğurlanması faktı üzrə cinayət işi açıb”, - məlumatda deyilir.

Söhbət Orelgoszakazchikin NAO Irmast-Holding ilə Oryol aerodromunun yenidən qurulması sifarişi çərçivəsində bağladığı müqavilədən gedir. İstintaq hesab edir ki, 2022-ci ilin noyabrından 2025-ci ilin martına qədər iş üçün ayrılan pul podratçı şirkətin baş direktorunun və firma ilə əlaqəli şəxslərin hesablarına köçürülüb.

Ayxan 

Oxşar Xəbərlər