Balıkəsirdə Yeni il gecəsi xəstələnərək dünyasını dəyişən Peşə Liseyi tələbəsi Melek Pekkara infarkt keçirərək dünyasını dəyişdiyi müəyyən edilib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bandırma 17 Eylül Universiteti Gönen Peşə Yüksekokulu tələbəsi, Yeni il gecəsi bir məkandan çıxaraq vəziyyəti pisləşərək Gönen Dövlət Xəstəxanasına aparılaraq orada həyatını itirən Melek Pekkaranın məhkəmə-tibb ekspertizasının rəyi açıqlanıb. Məlumata görə, Pekkaranın qanında spirt və ya narkotik aşkar edilməyib. Ölüm səbəbinin infarkt olduğu müəyyən edilib.
Manisada yaşayan ailəsi qızlarına qarşı irəli sürülən iddiaların onları dərindən kədərləndirdiyini və yayılan xəbərlə həqiqətin üzə çıxdığını bildirib.
Nilay