DÜNYA ÖZ XƏBƏR

Yük maşını yoldan çıxaraq aşıb, alov topuna çevrilib

Sivasın Divriği rayonunda yük maşını yoldan çıxaraq aşıb, yanaraq kül olub. Yanğınsöndürənlərin müdaxiləsinə baxmayaraq, yük maşını tamamilə yanıb və yararsız hala düşüb.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Divriği rayonu, Sivas -Divriği avtomobil yolunun Mürsəl qovşağında baş verib . Divriği istiqamətində hərəkət edən yük maşını sürücünün sükanı itirməsi nəticəsində yoldan çıxaraq aşıb. Yük maşınının mühərrik hissəsində başlayan yanğın qısa müddətdə bütün yük avtomobilini bürüyüb. Yük maşını yanıb.

Divriği Bələdiyyəsi Xilasetmə Xidməti qruplarının müdaxiləsinə baxmayaraq, yük maşını tamamilə yanaraq yararsız hala düşüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ayxan 

Oxşar Xəbərlər