İzmirin Bayındır rayonunda bir şəxs 61 yaşlı qayınanası ilə mübahisə etdikdən sonra onu döyüb.
Polislər tərəfindən saxlanılan qəzəbli gəlin məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hasköy məhəlləsində EE ilə onun 61 yaşlı qayınanası Haccana E. arasında naməlum səbəbdən mübahisə düşüb.
Mübahisə davaya çevrildikdən sonra gəlinin qayınanasını kərpiclə döydüyü iddia edilir. Məhəllə sakinlərinin hadisə barədə xəbər verməsi üzərinə hadisə yerinə sağlamlıq və jandarma qrupları sövq edilib.
Bayındır Dövlət Xəstəxanasında edilən müdaxilədən sonra İzmir Katip Çələbi Universiteti Atatürk Təhsil və Araşdırma Xəstəxanasına köçürülən Haccana E.-nin ölüm təhlükəsinin olduğu öyrənilib.
Jandarma qrupları tərəfindən saxlanılan gəlin əməliyyatlardan sonra sövq edildiyi məhkəmə tərəfindən məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Ayxan