İstanbul Cumhuriyyət Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində, Borsa İstanbul (BİST) səhmlərində son dövrlərdə qeyri-adi qiymət hərəkətliliyinin baş verdiyi, bu hərəkətliliyə səbəb olan kapital bazarı alətlərinin səhmlərində manipulyativ hərəkətlərin və BİST bazarında ani düşüşlərin meydana gəldiyi aşkarlanıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu fəaliyyət ağlabatan iqtisadi və ya maliyyə əsaslandırması ilə izah olunmayan, birja bazarlarının inamını, açıqlığını və sabitliyini pozacaq hərəkətlər çərçivəsində olub. İstintaq çərçivəsində İstanbul Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin koordinasiyasında kapital bazarı alətlərindən istifadə edərək manipulyasiya edən şəxslərə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.
Saxlanılan şübhəlilərdən ikisi səhhətinə görə həmin gün məhkəməyə sövq edilib və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Polis bölməsində əməliyyatları davam edən 15 şübhəli bu gün ədliyyəyə göndərilib. Prokurorluqda ifadələri alındıqdan sonra şübhəlilərdən 12-si ədliyyəyə göndərilib, 3 şübhəli barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb.
Ayxan