Bursansanın İnegöl rayonunda 11 yaşlı uşağın ayağı motosiklet zəncirinə ilişib. Yaralı uşaq təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qəza saat 19:00 radələrində Hüzur Məhəlləsi Cümhuriyyət küçəsində baş verib. Qeydiyyatı olmayan motosikletin arxasında əyləşən xarici vətəndaş Hisam R.-nin (37) 11 yaşlı qızı Lamar R.-nin sol ayağı qəfildən motosiklet zəncirinə ilişib. Hadisədən sonra motosiklet aşıb və ata və qız yerə yıxılaraq xəsarət alıblar.
Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürmə briqadası göndərilib. Ayağı sıxılmış vəziyyətdə qalan qız yanğınsöndürənlər tərəfindən xilas edilib. Yaralı qız və atası daha sonra təcili yardımla İnegöl Dövlət Xəstəxanasına aparılıb və müalicə olunub. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Nilay