Yalovada polis qrupları tərəfindən edilən axtarışda dilənçinin üzərindən 164 min lirə və bir qədər xarici valyuta ələ keçirilib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yalova Bələdiyyəsi tərəfindən edilən şərhdə, Təhlükəsizlik Müdirliyi qrupları bazar yeri və İDO İskelesi ətrafında dilənçilik etdiyi təsbit edilən M.P-ni tutub.
M.P Polis İdarəsinə aparılıb. Onun üzərində aparılan axtarış zamanı 164 min 125 lirə, 10 avro və 5 dollar aşkar edilib və pulların sayılması üçün 6 polis təyin edilib.
Dilənçilik yolu ilə əldə edilən pullarla bağlı qanuni tədbir görülüb.
Pullar polis tərəfindən protokolla müsadirə edilib.
Nilay