Burdurda tikilməkdə olan binanın lift şaxtasına yıxılan 83 yaşlı qadın ölüb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bağlar Mahallesi Hava Limanı küçəsində tikilməkdə olan mənzilə əşyalarını daşımaq üçün evinə gedən Sultan Ülkü (83) tikinti sahəsindəki liftin şaxtasına düşüb.
Ondan xəbər ala bilməyən qohumları tikintiyə gedəndə Ülkü hərəkətsiz vəziyyətdə görüblər. Yaxınlarının xəbər verməsi üzərinə hadisə yerinə sağlamlıq, xilasetmə və polis qrupları sövq edildi.
Komandaların səyi nəticəsində yıxıldığı yerdən xilas edilən Ülkünün öldüyü müəyyən edilib. Ülkünün cəsədi Burdur Dövlət Xəstəxanası meyitxanasına aparılıb.
Nilay