Mardinin Kızıltəpə rayonunda silahlı hücum nəticəsində 42 yaşlı Yıldız Çam ağır yaralanıb. Ağır yaralanan qadını aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə axşam saatlarında Kızıltəpə rayon mərkəzi Dunaysır məhəlləsində baş verib. İddialara görə, binadan ard-arda atəş səsləri eşidən insanlar vəziyyəti 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər. Xəbəri alan polis qrupları hadisə yerinə gələn səsin gəldiyi binaya baxış keçirib və Yıldız Çamı yaralı və qanlar içində tapıb. Ağır yaralı olduğu təsbit edilən Çam sağlamlıq qrupları tərəfindən ilk tibbi yardımın ardından Kızıltepe Dövlət Xəstəxanasına aparılıb. Müalicə altına alınan Cam bu gün həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib. Camın cəsədi yarılma üçün xəstəxana meyitxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Nilay