Ukrayna qoşunları yaxın iki həftə ərzində Kursk vilayətindən çıxarıla bilər.
32gun.az bildirir ki, bu barədə Amerikanın “The New York Post” nəşri Ukrayna komandanlığındakı mənbələrə istinadən məlumat yayıb.
Qəzet Rusiyanın Sudja bölgəsində müdafiə sahəsində irəliləyişlərə və bunun Ukrayna qruplaşması üçün nəticələrinə diqqət çəkir. Nəşrin mənbələri yeddi aylıq əməliyyatın təchizat və manevrlə bağlı çətinliklərə görə dayandırılma ehtimalının yüksək olduğunu qeyd edir.
Bəyanatda deyilir: “ Kiyev cəsarətli əməliyyatından iki həftə ərzində imtina edə bilər, bunu bölgəyə giriş və çıxışın məhdud olduğunu əsas gətirir".
Ayxan