Moskvada kişi məktəblilərə atəş açıb
Moskvanın Solnçevo rayonunda bir kişi məktəblilərə odlu silahla atəş açıb.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, İki 15 yaşlı yeniyetmə itlərini gəzdirib evə qayıdarkən naməlum şəxs onlara heç bir səbəb olmadan hücum edərək baş nahiyələrinə tuşlayaraq yeddi dəfə atəş açıb. Yeniyetmələr binaya qaçaraq gizlənə biliblər.
Atıcı girişdə onları gözləyib, daha sonra isə öz mənzilinə qalxıb. Polis onu müşahidə kameraları vasitəsilə müəyyən edərək həyat yoldaşı ilə birlikdə saxlayıb.
Ayxan