DÜNYA ÖZ XƏBƏR

Moskvada Aİ diplomatının içində 4800 dollar olan çantası oğurlanıb

Moskvada Avropa İttifaqı nümayəndəliyinin birinci katibi Kaysa Mariya Stəndişə məxsus içində 4,800 dollar olan çanta oğurlanıb.

32gun.az bildirir ki, bu barədə İzvestiya qəzeti mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Presnenskaya sahilindəki banklardan birinin yaxınlığında baş verib. Diplomat nağd pulu kartına yatırmaq istəyib, lakin bankın filialı bağlı olub. O, skamyada əyləşərək Furla markalı (dəyəri təxminən 110 dollar) çantasını yanına qoyub. Çantada həmçinin 4,800 dollar və 270 dollar dəyərində qulaqlıq olub.

Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırır.

Ayxan 

Oxşar Xəbərlər