DÜNYA ÖZ XƏBƏR

Həbs olunan blogerin əmlakı hərraca çıxarılacaq - borclarına görə

Blinovskayanın əmlakı borclarına görə satışa çıxarılacaq

Moskva məhkəməsi bloger Yelena Blinovskayanın əmlakının borclarının ödənilməsi üçün satışına qərar verib.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, Məhkəməyə təqdim edilən siyahıda 100-dən çox əmlak yer alır ki, bunların yalnız 8-i Blinovskayanın, qalanları isə onun həyat yoldaşı Alekseyin adına rəsmiləşdirilib.

Hüquqşünas Olqa Gimadeyevanın sözlərinə görə, iflas zamanı ailəvi mülkiyyət də nəzərə alındığından əmlakın kimin adına qeydiyyatdan keçməsinin hüquqi baxımdan fərqi yoxdur.

Yelena Blinovskayanın adına olan əmlak:

  • Moskva ətrafında, İstra yaxınlığında yerləşən "Millenium Park" kottec şəhərciyində 35 sot torpaq sahəsi – 33,3 milyon rubl (təxminən 370 min dollar)
  • Eyni kottec şəhərciyində yerləşən, 1,2 min kvadratmetrlik yaşayış evi – 53 milyon rubl (təxminən 590 min dollar)
  • Moskvanın Serpuxovskoy Val küçəsində mənzil – 18 milyon rubl (təxminən 200 min dollar)
  • Həmin yaşayış kompleksində yerləşən iki maşın yeri – 2,2 milyon rubl (təxminən 24 min dollar)
  • Yaltada torpaq sahəsi – 1 milyon rubl (təxminən 11 min dollar)
  • İki lüks avtomobil:
    • Bentley Continental28 milyon rubl (təxminən 310 min dollar)
    • Lamborghini Urus20 milyon rubl (təxminən 220 min dollar)

Aleksey Blinovskinin adına olan əmlak:

  • Moskvada üç mənzil
  • 40-dan çox torpaq sahəsi
  • 15 yaşayış evi
  • Moskvanın Serpuxovskoy Val küçəsində yerləşən bir mənzil və dörd maşın yeri – 44 milyon rubl (təxminən 490 min dollar)
  • Moskvanın Mark Şaqal sahilində yerləşən iki mənzil və iki maşın yeri – 66,2 milyon rubl (təxminən 730 min dollar)
  • Kostroma vilayətinin Serkovo kəndində 18 torpaq sahəsi, 7 ev, 2 hamam və təsərrüfat binası – 7,2 milyon rubl (təxminən 80 min dollar)
  • Yaroslavl vilayətinin Dərərvənka kəndində 5 torpaq sahəsi və 3 ev – 3,4 milyon rubl (təxminən 38 min dollar)
  • Adıgey Respublikasında, Krasnodar su anbarı sahilində 4 torpaq sahəsi və 1 ev – 6,9 milyon rubl (təxminən 76 min dollar)
  • Aluştada 13 torpaq sahəsi və 4 ev – 103,5 milyon rubl (təxminən 1,1 milyon dollar)
  • Yaltada torpaq sahəsi – 3,7 milyon rubl (təxminən 41 min dollar)
  • 7 şirkətdə paylar (50%-dən 100%-ə qədər)
  • Qarlı və bataqlıq ərazilər üçün nəqliyyat vasitəsi, iki hidroçayka, hava yastıqlı qayıq və beş qayıq qoşqusu
  • UAZ (“Buxanka”) markalı avtomobil
  • Harley-Davidson markalı motosiklet
  • İki kvadrosikl qoşqusu
  • İki ov tüfəngi və investisiya payları

Xatırladaq ki, 3 martda Moskva məhkəməsi Yelena Blinovskayanı pul yuyulması və qanunsuz maliyyə əməliyyatları ittihamı ilə beş il müddətinə ümumi rejimli koloniyada cəza çəkməyə məhkum edib. Bununla yanaşı, bloger vergi borclarına görə məsuliyyətdən cinayətin vaxtının keçməsi səbəbindən azad edilib.

Blinovskaya 27 aprel 2023-cü ildə Rusiyanı tərk etməyə çalışarkən saxlanılmışdı. İstintaqın məlumatına görə, 2019–2021-ci illər arasında o, 900 milyon rubldan çox vergi borcundan yayınmışdı. Fevral 2025-ci il tarixinə qədər faiz və cərimələrlə birlikdə bu məbləğ 1,4 milyard rubla (təxminən 15,5 milyon dollar) çatıb.

Ayxan 

Oxşar Xəbərlər