ABŞ prezidenti Donald Tramp köməkçilərinə Ukraynada seçkilərin keçirilməsi və Vladimir Zelenskinin dövlət başçısı postundan mümkün istefası üçün səy göstərmək niyyətində olduğunu bildirib.
32gun.az bildirir ki, bu barədə NBC News xəbər verib.
Tramp hesab edir ki , Kiyevə hərbi yardımı bərpa etmək üçün nadir torpaq metallarının hasilatı üzrə sazişin imzalanması kifayət deyil . NBC mənbələrinin məlumatına görə, ABŞ prezidenti Zelenskidən təkcə Rusiya ilə sülh danışıqlarına deyil, həm də prezident seçkilərinin keçirilməsinə və ola bilsin ki, dövlət başçısı postundan istefa verməyə hazır olduğunu nümayiş etdirəcəyini gözləyir.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz Ukraynanın müsbət dəyişikliklərə nail olduğunu qeyd edib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanındakı görüşlərlə bağlı Amerika rəhbərliyi “amansız müharibəyə və qan tökülməsinə” son verəcək “daha müsbət addımlar eşitməyi səbirsizliklə gözləyir”.
Martın 9-da Tramp Fox News telekanalına müsahibəsində Ukraynanın hətta Amerikanın davamlı hərbi və maliyyə dəstəyi ilə belə “sağ qalmaq” qabiliyyətinə şübhə etdiyini bildirib.
Ayxan