DÜNYA ÖZ XƏBƏR

Ukraynada Trampın adını daşıyan kafelərin adını dəyişdi

Vaşinqtonun Ukraynaya hərbi yardımı dayandırmaq qərarından sonra Kiyevin mərkəzində ABŞ prezidenti Donald Trampın adını daşıyan iki kafenin adı dəyişdiriləcək.

32gun.az bildirur ki, bu barədə barədə Britaniyanın “The Sun” qəzeti yazıb. 

İndiyə qədər müəssisələr “Trump Coffee Bar” və “Trump Pizza Station” adlanırıb. 

Müəssisələrin sahibinin ABŞ-ın Ukraynaya silah və kəşfiyyat məlumatları verməkdən imtina etməsindən qısa müddət sonra Trampın adının olduğu adın çıxarılmasına göstəriş verdiyi bildirilir.

Martın 4-də ABŞ Ukraynaya bütün hərbi yardımı, o cümlədən Polşadan tranzit keçən silahları dayandırıb . Qərar fevralın 28-də Ağ Evin Oval kabinetində ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçirilən gərgin görüşdən sonra verilib. Bu görüşdə Amerika lideri Ukrayna prezidentinin ABŞ-ın köməyinə görə təşəkkür etməməsindən narazılığını bildirib. Tramp bildirib ki, fasilə “Ukrayna liderləri sülhə səmimi sadiqlik nümayiş etdirənə qədər” davam edəcək.

Nilay 

Oxşar Xəbərlər