Tatarıstan sakini azyaşlıları təcavüz etməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxacaq.
32gun.az bildirir ki, Bu barədə Rusiya Federasiyasının Respublika üzrə İstintaq Komitəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs tanışlıq saytında beş yeniyetmə ilə tanış olub. Həmin şəxs onları kirayə qaldığı mənzilə dəvət edib və orada uşaqlara cinsi təcavüz edib, hadisəni videoya çəkib.
Daha sonra cinayəti törədən şəxs şəriki ilə birlikdə zərərçəkmişləri videonu yaymaqla hədələyib və yeniyetmələri oğurluğa məcbur edib. Azyaşlı cinayətkarlar yaxalananda baş verənləri polisə danışıblar. Faktla bağlı cinayət işi açılıb, istintaq materialları baxılması üçün məhkəməyə verilib.
Nilay