Şimal dənizində qəza törədən gəmi zəhərli maddə daşıyırmış.
Böyük Britaniya sahilləri yaxınlığında neft tankeri ilə toqquşan Solong gəmisi zəhərli natrium sianid maddəsi daşıyırmış.
32gun.az bildirir ki, bu barədə ''Reuters" agentliyi "Lloyd's List Intelligence" dəniz məlumat təminatçısına istinadən xəbər verib.
Məlumata görə, gəmidə 15 konteyner natrium sianid və digər yüklər olub.
Bundan əlavə, konteynerda spirtli içkilərin də olduğu bildirilib.
Qeyd edək ki, natrium sianid təhlükəli maddədir və həm insanlarda, həm də heyvanlarda boğulma və ürək çatışmazlığına səbəb ola bilər.
10 martda Dəniz Təhlükəsizliyi və Sahil Mühafizəsi Agentliyi Şimali-şərqi Britaniyada baş verən bu toqquşmadan sonra xilasetmə əməliyyatına başlanıldığını açıqlayıb. Hadisə nəticəsində azı 32 nəfərin xəsarət aldığı bildirilib.
Ayxan