Türkiyədə Ordu bölgəsində 24 yaşlı gənc ov tüfəngi ilə özünə atəş açaraq intihar edib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ünye rayonu, Ortayılmazlar məhəlləsində, Kanlıkuyu küçəsində yerləşən iki mərtəbəli evdə baş verib. İddialara görə, borclarına görə depressiyaya düşən 24 yaşlı T.Ş. ailəsini banka göndərdikdən sonra evdə ov tüfəngi ilə özünü vuraraq intihar edib.
Silah səslərini eşidən qonşular ailəyə zəng edərək vəziyyəti izah ediblər. Ana və ata evə gələrək övladının cansız cəsədini tapıblar. Vəziyyət 112 Təcili Zəng Mərkəzinə bildirildikdən sonra hadisə yerinə sağlamlıq və polis qrupları göndərilib.
Həkim qrupları tərəfindən aparılan müayinədən sonra gəncin öldüyü müəyyən edilib. Hadisə yerinə gələn dövlət prokurorunun müayinəsindən sonra gəncin cansız bədəni Ünye Dövlət Xəstəxanasının meyitxanasına aparılıb.
Ailənin tək övladı olan T.Ş.-nin anası evin qarşısında saatlarla göz yaşı tökərək ağlayıb. T.Ş-nin işdən çıxdığı və Ünye Limanında bir gəmiqayırma zavodunda yeni işə başlayacağı öyrənilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ayxan