DÜNYA ÖZ XƏBƏR

Keçmiş sevgilisini civə və nikotin qarışığı ilə zəhərləməyə çalışıb

Tokio sakini keçmiş sevgilisini müxtəlif zəhərlərlə zəhərləməyə çalışıb.

32gun.az bildirir ki, bu barədə Yaponiyanın Mainichi qəzeti məlumat verib

37 yaşlı Yuki Yanagi adlı şəxs, paytaxtın Koto rayonunda fəaliyyət göstərən şirkətdə çalışırdı və keçmiş sevgilisindən qurtulmaq üçün təhlükəli addım atıb. Yapon polisi bildirir ki, ötən ilin sentyabr ayında Yanagi keçmiş sevgilisinin Tokio şəhərinin Ota rayonundakı evinə gizlicə daxil olub. O, qadının yastığını civə ilə isladıb və maye nikotini diş məcunu qabına qarışdırıb.

Qadın ertəsi gün evə qayıtdıqda, orada oğru olduğundan şübhələnib. Yastığın üzlüyünün rənginin dəyişdiyini görərək ondan istifadə etməyib, lakin diş məcunundan bir neçə dəfə istifadə edib. Nəticədə qadında əl və ayaqlarında keyimə hissi yaranıb.

Polis Yanagini həbs edib və araşdırmalar zamanı məlum olub ki, hadisədən az əvvəl o, internetdən civə və nikotin sifariş verib.

Dindirilmə zamanı Yanagi, "Sadəcə narahatlıq yaratmaq istəmişdim," — deyə ifadə verib.

Ayxan 

Oxşar Xəbərlər