ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı, martın 11-də Kanada poladı və alüminiumuna idxal rüsumlarının yeni məhdudiyyətləri istisna etmədən 50%-ə qaldırılmasını əmr edib.
32gun.az bildirir ki, Amerika lideri öz qərarını Kanadanın Ontario əyalətinin üç Amerika ştatına tətbiq etdiyi elektrik enerjisinin qiymətlərinin 25 faiz artırılmasına reaksiya kimi qiymətləndirib.
“Mən Ticarət Nazirinə bütün [Kanada] polad və alüminium üçün 25%-dən [ümumi tarif] 50%-ə qədər əlavə rüsumlar tətbiq etməyi tapşırdım. Onlar sabah, martın 12-də səhər qüvvəyə minəcək”, - Tramp Truth sosial şəbəkəsində yazıb.
Prezident əlavə edib ki, elektrik enerjisinin bahalaşmasından təsirlənən bölgələrdə fövqəladə vəziyyət elan edəcək. Enerji tariflərinə əlavə olaraq, Amerika lideri Ottavadan Amerika süd məhsullarına tətbiq edilən "qeyri-adi" idxal rüsumlarını ləğv etməyi tələb etdi. O, ölkə ticarət məhdudiyyətlərini yüngülləşdirməsə, aprelin 2-dən etibarən Kanada avtomobillərinin idxalı üçün rüsumları əhəmiyyətli dərəcədə artıracağı ilə hədələyib.
“Kanadanın bizim sevimli 51-ci ştatımız olması sadəcə məna kəsb edir. O zaman bütün tariflər yox olacaq”, - deyə Tramp yekunlaşdırıb.
Ontario Baş naziri Doug Ford, öz növbəsində, MSNBC-yə verdiyi müsahibədə ABŞ-ın yeni tədbirləri qarşısında geri çəkilməyəcəyini və onlara "uyğun" cavab verəcəyini söylədi. O, Trampın qərarlarının amerikalıların özləri və Amerika iqtisadiyyatı üçün zərərli olduğunu vurğulayıb.
“Gəlin birlikdə işləyək. Gəlin [danışıqlar] masasında görüşək və bunu həll edək," Ford Vaşinqtonu çağırıb.
Bloomberg martın 10-da bildirib ki, Ontario əyalət səlahiyyətliləri ABŞ-ın üç ştatı: Minnesota, Miçiqan və Nyu York üçün elektrik enerjisinin qiymətlərini 25% qaldırıb. Bu qərar ABŞ-ın ticarət məhdudiyyətlərinə cavab idi.
Nilay