DÜNYA ÖZ XƏBƏR

Ramzan Kadırovun 17 yaşlı oğlu yeni mükafat alıb

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 17 yaşlı Adam Kadırov OMON-un "Axmat-Qroznı" döş nişanını alıb.

32gun.az bildirir ki, bu barədə “Qroznı-İnform” agentliyi öz saytında məlumat yayıb .

Bildirilir ki, mükafat Kadırova bölmənin xidməti və döyüş fəaliyyətində dəstək və köməklik göstərdiyi xidmətə görə təqdim edilib. Döş nişanını dəstə komandiri Anzor Bisayev təqdim edib.

Bundan əlavə, Adam Kadırov respublika başçısının sərəncamına əsasən, “Axmat-Qroznı” OMON-un üç zabitinə: Salambek Bisayev, Temirxan İnasalamov və Maqomed Maxalayevə “Konax, Çeçenistan Respublikasının Qəhrəmanı” adına layiq görülüb.

Nilay 

Oxşar Xəbərlər