Sevastopolda yaşayış binasını partlatmaq istəyən şəxsə 17 il həbs cəzası verildi
Cənub Hərbi Dairəsi Məhkəməsi 30 yaşlı İqor Sudilovskiyə 17 il həbs cəzası verib.
32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, O, Sevastopolda rus hərbçisinin yaşadığı binada partlayış hazırlamaqda təqsirli bilinib. Sudilovski ilk üç ilini həbsxanada, qalan illərini isə ciddi rejimli koloniyada keçirəcək.
İstintaq müəyyən edib ki, Sudilovski 2024-cü ildə Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə yaradaraq Rusiya əleyhinə fəaliyyət göstərmək istədiyini bildirib. Onun Sevastopolda gizli yolla əldə etdiyi radioidarəetməli partlayıcı qurğunu çoxmənzilli binanın birinci blokunun yaxınlığında yerləşdirdiyi və onu maskaladığı bildirilib. Lakin hüquq-mühafizə orqanları bu planın qarşısını alıb.
Sudilovskiyə Rusiya Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət), 205-ci (terror aktına cəhd) və 222.1-ci (partlayıcı qurğuların qanunsuz əldə edilməsi, saxlanılması və daşınması) maddələri ilə ittiham irəli sürülüb.
Bundan başqa, yaxın günlərdə hüquq-mühafizə orqanları Ukrayna vətəndaşı Artyom Kudjanovu Luqansk Xalq Respublikasında (LXR) casusluq ittihamı ilə saxlayıb. Onun 2022-ci ilin iyul-avqust aylarında Rusiya hərbçilərinin yerləşdiyi məkanlar barədə məlumat topladığı bildirilib.
Ayxan