Taylandda kişi keçmiş baldızını keçmiş arvadı ilə səhv salaraq 18 dəfə bıçaqlayıb
Taylandın Ayutthaya əyalətində kişi keçmiş baldızını keçmiş həyat yoldaşı ilə səhv salaraq ona 18 bıçaq zərbəsi endirib.
32gun.az bildirir ki, bu barədə Thaiger yazıb.
Yaralı qadın yol kənarında tapılaraq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Hadisədən sonra 40 yaşlı qadın polisə hücumçunun onun keçmiş əri Bunnma olduğunu bildirib. Məlum olub ki, cinayətkar üç il həbsdə olub və yaxın zamanda azadlığa çıxıb. O, keçmiş həyat yoldaşı ilə barışmağa çalışsa da, qadın artıq sevgilisinin olduğunu bildirərək onu rədd edib.
Bundan sonra Bunnma qadına hücum etmək qərarına gəlib və səhər saatlarında onu evdən çıxarkən izləyib. O, qurbanı qayçı ilə vurduğunu etiraf edib, lakin neçə dəfə zərbə endirdiyini xatırlamadığını deyib. Qurbanın keçmiş arvadının bacısı olduğunu isə yalnız anasından öyrənib. Bunnma indi ən ağır cəza ilə üzləşir.
Nilay