DÜNYA ÖZ XƏBƏR

Avtomobili xarab olan şəxs həyatının şokunu yaşadı - İnsan qalıqları və kəllə sümüyü görüb

Adanada dəhşətli hadisə baş verib.

32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtomobili xarab olan şəxs yolun kənarındakı dərədə insan sümükləri və kəllə tapıb.

Hadisə Ceyhan rayonu magistral yolu birləşdirici yolunda, Esentəpə qovşağının yaxınlığında baş verib. Məlumata görə, avtomobili xarab olan şəxs avtomobilini qəza zolağında saxlayıb. Bir müddət ətrafda gəzən şəxs dərə yatağında insan skeleti görüb və vəziyyəti polisə bildirib. Bunun üzərinə rayon Polis Şöbəsindən polis əməkdaşları hadisə yeri araşdırma qrupu ilə birlikdə göndərilib.

Polis ətrafda araşdırma aparıb. Daha sonra hadisə yerindən insan sümükləri və kəllə çıxarılaraq Adana Ədliyyə Tibb Qurumuna göndərilib. İnsan sümüklərinin çox uzun müddətdir bölgədə olduğu qeyd edilib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Ayxan 

Oxşar Xəbərlər