DÜNYA ÖZ XƏBƏR

Zelenski sülhə hazır olduğunu bildirdi

Zelenski: "Ukrayna sülhə hazırdır, Rusiya müharibəni bitirmək və ya davam etdirmək niyyətini göstərməlidir"

Ukrayna prezidenti Volodimir Zelenski, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Səudiyyə Ərəbistanında keçirilən danışıqların yekunlarına görə, Ukraynanın sülhə hazır olduğunu, lakin müharibənin bitirilməsi və ya davam etdirilməsi mövzusunda qərarın Rusiyadan gəlməli olduğunu bildirib.

32gun.az bildirir ki, Zelenski özünün Telegram kanalında yazıb.

 "Ukrayna sülhə hazırdır, müharibəni bitirmək və ya davam etdirmək niyyətini göstərməlidir Rusiya da."- deyə qeyd edib. 

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts da Ukraynanın münaqişənin sülh yolu ilə həllinə hazır olduğunu vurğulayıb.

11 mart tarixində Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətləri arasında 9 saat davam edən görüş keçirilib.

Ayxan 

Oxşar Xəbərlər