DÜNYA ÖZ XƏBƏR

Rusiyada saxta pulemyotla kollec tələbələrini hədələdi - POLİS TƏCİLİ HƏRƏKƏTƏ KEÇDİ

Moskvada kollec tələbələrini saxta pulemyotla hədələyən 35 yaşlı kişi saxlanılıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə şəhərin Milli Qvardiyası məlumat yayıb.

“Hadisə yerinə gələn təhlükəsizlik işçisi Milli Qvardiyanın əməkdaşlarına bildirib ki, sərxoş şəxs tələbələri avtomata oxşayan əşya ilə hədələyib, sonra isə kollecin qarşısındakı binanın girişinə daxil olaraq itib”, – deyə Telegram kanalında yazılıb. 

Hadisənin 1-ci Myasnikovskaya küçəsində, mühafizə olunan təhsil müəssisəsində həyəcan siqnalının çalındığı yerdə baş verdiyi bildirilir.

Saxlanılan şəxsin sözlərinə görə, o, spirtli içkidən sərxoş vəziyyətdə olub və tələbələrin onu təhqir etdiyini hiss edərək onları qorxutmaq qərarına gəlib. Kişi əlavə araşdırma üçün polis bölməsinə aparılıb.

Ayxan 

Oxşar Xəbərlər