İlon Maskın bioqrafiyasının müəllifi Set Abramson məşhur iş adamı İlon Maskın ciddi problemlərinin olduğunu bildirib.
32gun.az xarici mətbuatına istinadən xəbər verir ki, Set Abramson tərcümeyi-halını yazdığı İlon Maskdan narahatdır . Müəllif Elon Maskın son dərəcə stresli bir dövr keçirdiyini ifadə edərək "Depressiya, stress və narkotiklər üzündən dəli olur" deyib.

Jurnalist, hüquqşünas və təqaüdçü universitet professoru Set Abramson Elon Maskın ən görkəmli bioqraflarından biri kimi tanınır. Abramson milyarder iş adamının həyatını və karyerasını illər boyu dəqiqliklə sənədləşdirmişdi. Aldığı qərarların cəmiyyətə təsirini də təhlil edən Abramson son zamanlar X sosial media platformasında mübahisəli açıqlamaları ilə gündəm olub.

Bioqraf Muskın psixi durumu ilə bağlı narahatlıq ifadə edən paylaşımlar edib. O iddia edir ki, iş adamının son aylardakı davranışı onun psixi sağlamlığının pisləşməsindən xəbər verir.
X-dən bir paylaşım edən Abramson, "Maskın bioqrafı olaraq hər kəsə depressiya, stress, dərman və narkotik istifadəsi səbəbiylə dəli olduğunu söylədim. Onun X hesabındakı paylaşımları bu pisləşmənin sübutudur. Onunla maraqlanan hər kəs onu həmişəlik olaraq sosial mediadan uzaqlaşdırmalıdır" şərhini yazıb. İlon Mask daha əvvəl bəzi dərmanlardan istifadə etdiyini etiraf edib.
Mask müsahibəsində “mənfi əhval-ruhiyyəni” müalicə etmək üçün ketamindən resept kimi istifadə etdiyini etiraf edib. O, 6 il əvvəl Joe Rogan podkastında marixuanadan istifadə etdiyini də qeyd etdi. Abramsonun iddialarından sonra Mask və onun yaxın ətrafı tərəfindən heç bir açıqlama verilməyib. Bu, spekulyasiyaların daha da artmasına səbəb olub.
Ayxan
