DÜNYA ÖZ XƏBƏR

57 min dollar oğurlayan şəxs 10 il Buddist monastırında gizlənib

Taylandda 10 il məbəddə gizlənən cinayətkar həbs edilib

Tayland polisi 10 ildən çox buddist məbədində gizlənən 59 yaşlı Çaladı həbs edib.

32gun.az bildirir ki, bu barədə Thaiger xəbər verib.

O, 2015-ci ildən bəri axtarışda idi və 2010-cu ildə varlı bir şəxsin evinə edilən silahlı basqında iştirak etmişdi. Hadisə zamanı ev sahibləri bağlanmış və ümumi dəyəri 2 milyon batdan çox (təxminən 57 min dollar) olan qızıl zinət əşyaları, üzük, bahalı saatlar və amuletlər oğurlanmışdı.

Çalad məhkəməyə çağırıldıqdan sonra qaçaraq müxtəlif əyalətlərdə gizlənib və nəhayət, bir məbəddə rahib kimi yaşamağa başlayıb. Polis onun məbəddə olduğunu öyrəndikdən sonra əməliyyat keçirərək onu saxlayıb. Çalad sorğu-sual zamanı özünü günahkar bildiyini etiraf edib və basqın zamanı sürücü və müşahidəçi rolunu oynadığını deyib.

Ayxan 

Oxşar Xəbərlər