Xameneyi: "ABŞ İranın nüvə silahı əldə etməsinə mane ola bilməzdi"
''Əgər Tehran nüvə silahı yaratmaq istəsəydi, ABŞ buna mane ola bilməzdi".
32gun.az bildirir ki, bunu İranın ali lideri Ayətullah Əli Xameneyi deyib.
O vurğulayıb ki, İranın nüvə silahı əldə etmək niyyəti yoxdur və bu məsələ daha öncə də dəfələrlə müzakirə edilib.
Xameneyinin bu açıqlaması ABŞ prezidenti Donald Trampın Tehranla İranın nüvə proqramı barədə müzakirə aparmaq təklifindən sonra səslənib. Tramp İranın nüvə silahı əldə etməməli olduğunu bildirərək Tehranla danışıqlara ümid etdiyini vurğulayıb.
Xameneyi isə Trampın təklifini rədd edərək, Vaşinqtonun yalnız öz maraqlarını güddüyünü və ABŞ-ın üstünlüyünü qəbul etdirməyə çalışdığını bəyan edib.
Ayxan