DÜNYA ÖZ XƏBƏR

Rəsmi olaraq AÇIQLANDI: BU ÖLKƏDƏ məktəblərdə smartfonları qadağan edilir

İsveç hökuməti məktəblərdə smartfonları qadağan etmək qərarına gəlib.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, İsveçin təhsil naziri Lotta Edholm keçirdiyi mətbuat konfransında ölkədəki ibtidai və orta məktəblərdə smartfonların qadağan olunduğunu açıqlayıb. Edholm, apardıqları elmi araşdırmalara görə, şagirdlərin dərsdə cib telefonu olmadan özlərini daha yaxşı hiss edəcəklərini və smartfonların tələbələrin diqqətini yayındırdığı və imtahan nəticələrinə mənfi təsir etdiyi üçün bu qərarı verdiklərini bildirib. Edholm tələbələrin cib telefonlarının sinifə girməzdən əvvəl toplanaraq seyfdə kilidlənəcəyinə, müəllimlərin isə cib telefonlarını uyğun gördükləri yerə qoyub dərs zamanı istifadə etməyəcəklərinə diqqət çəkib. Edholm məktəblərdə smartfonlara qadağanın 2026-cı il iyulun 1-dən başlayacağını açıqlayıb.

Ayxan

Oxşar Xəbərlər