İstanbulun Üsküdarında "silahla hədələmək" və "prezidenti təhqir etmək" ittihamı ilə həbs edilən həkimə qarşı ittiham aktı hazırlanıb.
32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Üsküdar Dövlət Xəstəxanasında işçilərə silah göstərdiyi, bibər qazı işlətdiyi, xəstələri elektrik cərəyanı ilə qorxutduğu və prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyi təsbit edilən həkimə qarşı Anadolu Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.
Hadisələri törətdiyi müəyyən edilən həkim OKK saxlanılıb, evində və avtomobilində aparılan axtarışlar zamanı 5 pnevmatik tapança, 3 elektroşok cihazı və 2 bibər qazı götürülüb. Həkim prokurorluğa verdiyi ifadəsində dərmanların təsiri altında olduğunu, hadisələr zamanı dediyi sözləri xatırlamadığını bildirib.
Anadolu Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq tamamlanıb. Hazırlanan ittiham aktında həkimə “prezidenti təhqir etmək” maddəsi ilə 4 il 8 aya qədər həbs cəzası istənilib. Həkimin məhkəməsi yaxın günlərdə başlayacaq.
Ayxan