MƏDƏNİYYƏT - ŞOU ÖZ XƏBƏR

Ceyson Stethem yeni reklam çəkilişində sevgilisi ilə birlikdə rol alıb

Rosi Hantinqton-Uaytli və Ceyson Stethem yeni reklam çəkilişində birlikdə yer alıblar

Məşhur model Rosi Hantinqton-Uaytli aktyor Ceyson Stethem ilə Falconeri brendinin reklam kampaniyasında çəkilib.

32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Rosi bu görüntüləri sosial şəbəkədə paylaşıb.

Uzun müddətdən sonra cütlük yenidən birgə kamera qarşısına keçib. Onlar kaşemirdən hazırlanmış geyimlərdə poza veriblər. Rosi ağ cins şalvar və dərin dekolteli top geyinib, saçları dalğalı formada yığılaraq şokolad rəngli dodaq boyası ilə makiyaj edilib. Stethem isə bej rəngli uzunqollu köynək və şalvarda kamera qarşısına çıxıb.

Rosi Hantinqton-Uaytli Ceyson Stethem ilə 2010-cu ildə Coachella musiqi festivalında tanış olub və cütlük qısa müddət sonra münasibətə başlayıb. 2016-cı ilin yanvarında nişanlanan cütlüyün 2017-ci ilin iyununda Cek Oskar adlı oğlu, 2022-ci ilin fevralında isə İzabella Ceyms adlı qızları dünyaya gəlib.

Rosi avqust ayında verdiyi açıqlamada uşaqları böyüdükdən sonra Stethem ilə toy etməyi planlaşdırdıqlarını bildirib. Oktyabrda isə model dolu bədən quruluşuna görə bir neçə dəfə çəkilişlərdən uzaqlaşdırıldığını açıqlayıb.

Nilay 

Oxşar Xəbərlər