NATO-nun baş katibi Mark Rütte və ABŞ prezidenti Donald Tramp keçmiş prezident Co Bayden haqqında zarafat ediblər.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Mətbuata açıqlama verdikdən sonra jurnalistlər Oval kabinetdən çıxarkən kameralar hələ də açıq vəziyyətdə olub. Bu zaman Rütte Trampa yaxınlaşaraq nəsə deyib. Onun sözləri arasında “sələf” ifadəsi eşidilib və bu, həm NATO nümayəndələri, həm də Trampın komandasını güldürüb.
Tramp isə buna cavab olaraq deyib: “Elə indicə mən dörd il ərzində onun (Baydenin) jurnalistlərlə keçirdiyi vaxtdan daha çox vaxt sərf etdim”.
Rütte isə zarafatla “Elə indicə?” deyə əlavə edərək gülüşlərə səbəb olub.
11 martda Rütte Trampın Ukrayna ilə bağlı sülh danışıqlarını dəstəklədiyini bildirib. O, Trampın həm Rusiya, həm də Ukrayna ilə dialoqun başlanmasına nail olduğunu vurğulayıb. Rütte, həmçinin, atəşkəsdən sonra Avropa qoşunlarının Ukraynada yerləşdirilməsindən başqa təhlükəsizlik təminatlarının da mümkün olduğunu qeyd edib.
Ayxan