DÜNYA ÖZ XƏBƏR

DƏHŞƏTLİ HADİSƏ! Küçədə gedərkən kürəyindən bıçaqlanıb

Bursanın Osmanqazi rayonunda günorta saatlarında bir nəfər küçədə gedərkən kürəyindən bıçaqlanıb. 

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə saat 16.30 radələrində Osmanqazi rayonu İntizam məhəlləsində baş verib. Küçədə gəzən T.A naməlum şəxs tərəfindən kürəyindən bıçaqlanıb. TA qanlar içində yerə yıxılıb, şübhəli şəxs qaçıb. 

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. İlkin tibbi yardımdan sonra TA təcili yardımla Çekirge Dövlət Xəstəxanasına aparılıb. Polis qrupları qaçan şübhəlinin tutulması üçün əməliyyata başlayıb.

Ayxan

Oxşar Xəbərlər