DÜNYA ÖZ XƏBƏR

Təqaüddə olan polis həyat yoldaşını şərflə boğub öldürüb - TÜRKİYƏDƏ

Tekirdağın Marmaraereğlisi rayonunda təqaüddə olan polis  Halil Avşar (65) həyat yoldaşı Halime Avşarı (63) mübahisə zəminində şərflə boğub.

32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki

Tekirdağın Çorlu rayonunda yaşayan və iki uşaq ataları ilə Marmaraereğlisi səmtindəki evlərinə gedən Halil və Halime Avşar cütlüyü arasında mübahisə düşüb . Mübahisə böyüyərkən, Halil Avşar Halime Avşarı yaylıqla boğub, daha sonra telefonla jandarmaya zəng edərək təslim olmaq istədiyini bildirib. Ünvana jandarma və sağlamlıq qrupları sövq edilib. Komandalar tərəfindən aparılan yoxlamalar zamanı Halime Avşarın öldüyü müəyyən edilib. Avşarın cansız bədəni xəstəxana meyitxanasına aparılıb.

Saxlanılan Halil Avşar jandarma əməliyyatlarından sonra sövq edildiyi məhkəmə tərəfindən həbs edilib.

Ayxan

Oxşar Xəbərlər