Sidneyin cənub-qərbində "ev istehsalı" təyyarə anqarla toqquşub, pilot ağır xəsarətlər alıb
Sidneyin cənub-qərbindəki özəl hava zolağında 70 yaşlı pilotun idarə etdiyi "ev istehsalı" yüngül təyyarə anqarla toqquşub.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə 14 mart səhəri, Wedderburn Aerodromunda baş verib.
NSW Polisi məlumat verib ki, hadisə yerinə gələn təcili xidmətlər pilotu anqarın damında tapıb. Pilot baş və ola bilsin ki, bel nahiyəsindən ağır xəsarətlər alıb. Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu (ATSB) qəza barədə məlumat alıb, lakin hadisənin həvəskar təyyarə ilə baş verdiyini bildirərək istintaq aparılmayacağını açıqlayıb.
Təyyarə yerə düşərkən, NSW Rural Fire Service komandası platforma vasitəsilə pilotu damdan təhlükəsiz şəkildə endirib. Pilot daha sonra müalicə üçün xəstəxanaya aparılıb.
Ayxan