Kolumbiyalı diplomat Klaudiya Ortiz San-Pauluda yerli polisin quldurlara atəş açması nəticəsində güllələnib.
32gun.az bildirir ki, bu barədə martın 14-də yerli polisə istinadən Yahoo.News yazıb .
Nəşrin məlumatına görə, insident Nove-de-Julio prospektində, quldurlar taksi sərnişininin mobil telefonunu oğurlamağa cəhd edərkən baş verib. Yanından keçən Ortiz təsadüfən qurban olub.
Kolumbiya Xarici İşlər Nazirliyinin məlumatına görə, o, xəstəxanaya yerləşdirilib. Həkimlər əməliyyatın uğurlu keçdiyini bildiriblər.
İnsidentin araşdırılması mülki polisə, o cümlədən diplomata kimin xəsarət yetirdiyini müəyyən etmək üçün ballistik ekspertizaya həvalə edilib.
Ayxan