Rusiyada ev heyvanının hücumu nəticəsində səhlənkarlıq nəticəsində bir insanın ölümünə görə ev heyvanı sahibləri üçün cinayət məsuliyyəti tətbiq oluna bilər.
32gun.az "İzvestiya"ya istinadən yazır ki, müvafiq qanun layihəsi Dövlət Dumasına təqdim edilib.
“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilməsi təklif edilir: “Ev heyvanları ilə rəftar tələblərinin pozulması səbəbindən ehtiyatsızlıqdan ölümə səbəb olma”, - Ekologiya Komitəsi sədrinin birinci müavini Vladimir Burmatov bildirib.
Təklif edilən düzəlişlərə əsasən, heyvanın bir insana hücumu və qurbanın ölməsi halında, heyvan sahibi üç ilə qədər həbs cəzası ala bilər.
Bu yaxınlarda Burmatov təkbaşına gəzən itlər üçün cərimələrin 50 min rubla qədər artırılmasını təklif edib.
Nilay