DÜNYA ÖZ XƏBƏR

ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 36-ya çatdı

Cənub və Orta Qərbdə fırtınalar nəticəsində ən azı 36 nəfər həlak olub.

32gun.az bildirir ki, bu barədə Amerika lideri Donald Tramp martın 16-da bəyan edib.

"Biz Cənub və Orta Qərbdə bir çox ştata təsir edən şiddətli tornado və tufanları fəal şəkildə izləyirik - 36 günahsız insan həlak olub", - Tramp "Truth Social"da yazıb.

Amerika lideri dəqiqləşdirib ki, hazırda Arkanzas ştatında Milli Qvardiyanın mütəxəssisləri işləyir. O əlavə edib ki, Ağ Ev administrasiyası fırtınanın nəticələrinin aradan qaldırılmasında yerli rəsmilərə kömək etməyə hazırdır.

Kadrlarda ötüb-keçən fırtınanın nəticələrinin nə qədər dağıdıcı olduğu görünür: avtobuslar aşır, ağaclar sındırılır, bəziləri kökündən çıxarılır, çoxlu evlər dağılır.

Həmin gün ABŞ-ın şərqində güclü qasırğa nəticəsində azı 30 nəfərin həlak olduğu bildirilir . Bundan əlavə, Orta Qərbdə və Cənubda 80 mil / saata qədər dağıdıcı küləklərlə güclü, uzun məsafəli tornadolar gözlənilir.

Ayxan 

Oxşar Xəbərlər