İstanbulun bir nəfər intihara cəhd edib.
32gun.az bildirir ki, hadisə şəhərin Bahçelievler qəsəbəsinin Yenibosna Mərkəzi Məhəlləsindəki Starcity Outlet ticarət mərkəzində günorta saatlarında baş verib. İddiaya görə, bir müddətdir işsiz qalan Zeki P. adlı şəxs ticarət mərkəzinin terras mərtəbəsinin məhəccərlərinin üzərinə çıxaraq kənarında oturub.
Ətrafdakı vətəndaşların xəbəri üzərinə hadisə yerinə polis, xilasetmə, AFAD və təcili tibbi yardım əməkdaşları sövq edilib. Ehtiyat tədbiri olaraq, xilasedici qrupları kişinin atlaya biləcəyi yerə tullanan çarpayı yerləşdirib. Polislər ticarət mərkəzinin ətrafında təhlükəsizlik tədbirləri görüb. Uzun müddət çalışdıqdan sonra Zeki P. razılaşdırılaraq öz istəyi ilə olduğu yerdən uzaqlaşdırılıb.
Polis qrupları məsələ ilə bağlı işə başlayıb.
Ayxan