Avropa İttifaqı Şurası Ukraynaya 3,5 milyard avro məbləğində üçüncü ödənişi təsdiqləyib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ bəyanatında deyilir.
"Şura Ukrayna Proqramı çərçivəsində Ukraynaya geri qaytarılmayan qrant və kreditlərin üçüncü ödənişini təsdiqlədikdən sonra Ukrayna tezliklə təxminən 3,5 milyard avro alacaq", - bəyanatda qeyd edilib.
Aİ Şurası belə qənaətə gəlib ki, Kiyev Ukrayna Fondundan üçüncü tranşı almaq üçün lazımi şərtləri yerinə yetirib.
Şura qeyd edib ki, bu proqramın əsas məqsədi Ukraynanın makromaliyyə sabitliyini dəstəkləməkdir.
2024-cü il martın 1-də qüvvəyə minən Ukrayna Fondu 2024-2027-ci illər arasında Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsini dəstəkləmək üçün qrant və kreditlər şəklində 50 milyard avroya qədər maliyyə vəsaiti ayırır.
Fevralın sonunda Beynəlxalq Valyuta Fondu Ukrayna ilə ilkin razılıq əldə edib və ona əsasən, o, daha 400 milyon dollar məbləğində tranş ala bilər.
Ayxan