DÜNYA ÖZ XƏBƏR

Rusiyalı deputatdan həmkarına SƏRT REAKSİYA: "Seçicilərin problemlərini həll etsin, qızların ətəklərinə baxmasın"

Tarusa şəhər dumasının deputatı Yevgeni Rudenko qadınlara mini yubka geyinməyi tövsiyə edərək demoqrafiyanı artırmaq təklifi ilə gündəmə gəlib. Rudenkonun bu fikrinə Rusiya Dövlət Dumasının ailənin müdafiəsi, atalıq, analıq və uşaqlar məsələləri komitəsinin sədri Nina Ostanina sərt reaksiya verib.

32gun.az xəbər verir ki, Ostanina "Gazeta.Ru"ya verdiyi açıqlamada bildirib ki, Rudenko qızların yubkalarının uzunluğunu yoxlamaq əvəzinə seçicilərin problemləri ilə maraqlanmalıdır.

Ostanina əlavə edib ki, Kaluga vilayətində əsas problemlərdən biri rus dilini bilməyən miqrant uşaqların sayının artması və bunun təhsil keyfiyyətinə mənfi təsir göstərməsidir. O bildirib ki, müəllimlər bu məsələnin həlli üçün komitəyə müraciət ediblər və Rudenko bu problemin həlli ilə məşğul olmalıdır.

Bundan əlavə, Ostanina küçə itlərinin təhlükəsi və uşaqların müdafiəsi məsələsini də Rudenkonun diqqətinə çatdırıb. O qeyd edib ki, bu məsələ ilə bağlı Kaluga vilayətinin nə qanunverici məclisindən, nə də qubernatorundan cavab almayıblar.

Qeyd edək ki, Rudenko sosial şəbəkədə qadınların isti havalarda daha çox mini yubka geyinməsini təklif etdiyi paylaşım edib və bu yazıya bir qadının mini yubkada fotosunu, iki emosiya işarəsi və üç Rusiya bayrağı əlavə edib. Rudenko "Gazeta.Ru"ya açıqlamasında bunun şəxsi fikri olduğunu bildirib və kiminsə razılaşmaması halında "bu, onların problemidir" deyə qeyd edib.

Ayxan 

Oxşar Xəbərlər