Mozambikdə "Jude" tropik siklonu nəticəsində ölənlərin sayı 16-ya çatıb, iki nəfər itkin düşüb.
32gun.az bildirir ki, bu barədə Mozambik Milli Fəlakət Riskinin İdarə Edilməsi və Azaldılması İnstitutundan (INGD) edilən açıqlama verilib.
Aciqlamada, bir həftədir təsirli olan siklon səbəbiylə Zambezia, Nampula, Niassa və Kabo Delqado, Tete və Manika əyalətlərində 16 nəfərin öldüyü, 2 nəfərin itkin düşdüyü bildirilib.
Açıqlamada qasırğadan 302 653 nəfərin və 65 064 ailənin zərər çəkdiyi, 70 163 evin tamamilə və ya qismən dağıldığı, 988 evin su altında qaldığı vurğulanıb.
Açıqlamada, qasırğadan bir çox ibadət yerinin, məktəblərin, ictimai binaların, sağlamlıq birliklərinin və yolların zərər çəkdiyi, Jude qasırğasının 18 körpü, 41 su kəməri və 101 min 239 əkinçilik sahəsini məhv etdiyi bildirilib.
Oktyabr-aprel ayları arasında güclü yağışların müşahidə olunduğu Mozambikdə 2024-cü ilin dekabrında ölkənin şimalını vuran Çido və Dikeledi siklonlarından təxminən 736.000 insan təsirlənib
Ayxan