ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə planlaşdırılan telefon danışığından gözləntilər qarşılanmazsa, Moskvaya qarşı sanksiya təzyiqi tətbiq etməyə hazırdır.
32gun.az Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit brifinq zamanı bildirib.
Levit bildirib ki, söhbət Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələlərdən gedir.
Kreml Putinin Tramp ilə telefon danışığının 18 martda baş tutacağını təsdiqləyib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov danışıqların gündəliyi barədə açıqlama verməsə də, Tramp əvvəlcədən Putinlə ərazi məsələsini və AES-lərə nəzarət mövzusunu müzakirə edəcəyini bildirmişdi.
Almaniyanın Xarici İşlər Naziri Annalena Berbok isə Trampa Ukraynanın ziyanına olacaq razılaşdırılmamış güzəştlərə getməməyi tövsiyə edib.
Ayxan