DÜNYA ÖZ XƏBƏR

Dollar kursu aşağı düşdü - Rusiyada axşam saatlarında məzənnə ilə bağlı məlumat yayıldı

17 mart axşamı beynəlxalq Forex bazarında dolların qeyri-birja kursu ilk dəfə olaraq 82 rubl səviyyəsindən aşağı düşüb.

32gun.az bildirir ki, bu məlumatlar Investing.com portalından əldə edilib.

Moskva Saatı ilə 18:53-də dolların kursu əvvəlki bağlanışdan 3,49 rubl aşağı enərək 81,91 rubl olub. Rəsmi olaraq, 17 mart üçün Rusiya  Mərkəzi Bankın (MB) müəyyən etdiyi dollar kursu 85,57 rubl idi.

Rusiyanın Mərkəzi Bankı 12 martda dolların rəsmi kursunu birdən-birə 1,82 rubl aşağı salıb və o zaman 86,57 rubl olmuşdu.

Bu gün daha əvvəl Capital Labın tərəfdaşı Yevgeni Şatov və "Çifra broker"in baş analitikası Nataliya Piriyeva qeyd ediblər ki, rubl güclənməyə davam edir və 2024-cü ilin iyun ayından bəri dollar qarşısında ən aşağı səviyyəyə çatıb. Ekspertlər hesab edir ki, rublun güclənməsi, ixracatçılardan gələn xarici valyuta təklifinin artması ilə əlaqəlidir.

Nilay 

 

 

 

 

 

****

✅ HƏMÇİNİN BAX✅

 

Oxşar Xəbərlər