DÜNYA ÖZ XƏBƏR

Həşərat dərmanından bir ailənin 5 üzvü zəhərləndi / 8 yaşlı qız öldü

Stavropol vilayətində beş nəfərdən ibarət ailə evin həşərat vasitəsi ilə təmizlənməsi nəticəsində zəhərlənib.

Nəticədə, səkkiz yaşlı qız həyatını itirib, bu barədə 17 martda bölgə üzrə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

32gun.az Rusiya mediasına istinadən xəbər verir ki, istintaq məlumatına görə,  ailə üzvləri, o cümlədən iki azyaşlı uşaq, sağlamlıqlarının kəskin şəkildə pisləşdiyini hiss ediblər. Təcili tibbi yardım çağırıldıqdan sonra ailə üzvləri xəstəxanaya yerləşdirilib. Səkkiz yaşlı qız ölüb, 12 yaşlı qardaşı isə reanimasiyadadır.

Əvvəlcə, zəhərlənmənin səbəbi, ailə başçısının faciə baş verməzdən əvvəl evdə istifadə etdiyi həşərat öldürücü vasitəsinin olduğu müəyyən edilib.

Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsi ("qəsdən və ya ehtiyatsızlıqla ölümə səbəb olma") ilə cinayət işi açılıb. Hadisə yerində araşdırma aparılır və istintaq davam edir.

Ayxan 

Oxşar Xəbərlər