Donald Trump və Vladimir Putin NHL və KHL oyunçularının matçını dəstəklədi
ABŞ Prezidenti Donald Trump Rusiya Prezidenti Vladimir Putinin NHL (Milli Xokkey Liqası) və KHL (Kontinental Xokkey Liqası) oyunçularından ibarət komandalar arasında matç keçirilməsi ideyasını dəstəkləyib.
32gun.az bildirir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, oyunların həm ABŞ-da, həm də Rusiyada təşkil olunması planlaşdırılır.
Qeyd edək ki, 4 fevralda Beynəlxalq Xokkey Federasiyası (IIHF) Rusiya millisinin 2025 və 2026 dünya çempionatlarından, eləcə də 2026 gənclər dünya çempionatından kənarlaşdırılmasını təsdiqləyib. Rusiya millisinin 2026 Qış Olimpiya Oyunlarına buraxılıb-buraxılmayacağına isə Beynəlxalq Olimpiya Komitəsi (BOK) qərar verəcək.
25 fevralda BOK beynəlxalq federasiyalara Rusiya idmançılarının 2026 Olimpiadasına buraxılması ilə bağlı çağırış edib.
Ayxan