Ədirnədə idarəetmədən çıxan motosiklet ox kimi avtomobilə dəyib. Dəhşətli qəzada motosikletçi yaralanıb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şükrüpaşa məhəlləsində Abdi İpəkçi küçəsində Ö.A. E.Y-nin idarə etdiyi 22 ADL 367 dövlət nömrə nişanlı motosiklet EY-nin idarə etdiyi 34 EKL 416 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Toqquşmanın gücündən motosiklet avtomobildə ilişib qalıb. Metrlərlə havada uçan motosikletçi yola atılıb.
Xəbər verildikdən sonra hadisə yerinə təcili tibbi yardım maşını və polis qrupu göndərilib. Xəsarət alan motosikletçiyə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Avtomobilin sürücüsü ifadəsi alınmaq üçün polis bölməsinə aparılarkən, polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Ayxan