Türkiyədə Hatayın İskenderun mahalında çıxan davada qan tökülüb.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə Hürriyət məhəlləsi, Doktorlar küçəsində baş verib. Naməlum səbəbdən küçədə İ.D. və taksi sürücüsü M.Ş.Ö. arasında dava düşüb. İkili arasında dava böyüyüb. M.Ş.Ö. üzərində daşıdığı silahla İ.D.-yə atəş açıb. İ.D ayağından güllə yarası alıb. O, yerə yıxılan zaman vətəndaşlar vəziyyətini 112 Təcili Yardım Mərkəzinə bildiriblər.
Xəbərdarlıq üzərinə hadisə yerinə polis və təcili yardım qrupları sövq edilib. Qısa müddətdə hadisə yerinə gələn tibb qrupları ayağından güllə yarası alan İ.D.-yə ilkin tibbi yardım göstərdikdən sonra İskəndərun Dövlət Xəstəxanasına aparılıb.
Polislər şübhəli M.Ş.Ö.-nü cinayət silahı ilə tutub.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Nilay