DÜNYA ÖZ XƏBƏR

Tramp Ukraynada münaqişəyə son qoymaq üçün prosesin başlandığını açıqlayıb

Rusiya və Ukrayna arasında münaqişənin sülh yolu ilə həlli prosesi tam şəkildə başlayıb.

32gun.az bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün Truth Social sosial şəbəkəsində məlumat verib.

O, Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra yazıb : "Bu proses artıq tam şəkildə gedir və ümid edirəm ki, bəşəriyyət naminə biz buna son qoyacağıq".

Tramp söhbəti yaxşı və məhsuldar adlandırıb. Onun sözlərinə görə, tərəflər enerji infrastrukturu üzrə “dərhal atəşkəs” barədə razılığa gəliblər. Bundan əlavə, Moskva və Vaşinqton münaqişəyə son qoymaq üçün tez işləməyə hazır olduqlarını bildiriblər.

Öz növbəsində Putin Trampın Rusiya və Ukraynanın 30 gün ərzində enerji infrastrukturuna hücumlardan qarşılıqlı şəkildə çəkinməsi təklifini dəstəkləyib . Eyni zamanda, o, Ukrayna münaqişəsinin daha da gərginləşməsinin qarşısının alınması üçün əsas şərtin Kiyevə yardımın , xüsusən də Ukrayna Silahlı Qüvvələrinə kəşfiyyat məlumatlarının verilməsinin tamamilə dayandırılması olduğunu bildirib.

Ayxan 

Oxşar Xəbərlər